İdman

Türk futbolçu Azərbaycan klubuna keçdi

30 Yanvar 2015 14:41
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Transfer çalışmalarını davam etdirən "Simurq" klubu daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Milli.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb.

İcarə əsasında mövsümün sonuna qədər "Simurq"un şərəfini qoruyacaq gənc futbolçu "22" nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Cihan Özkara müqavilə əsasında "Sivasspor"a məxsusdur. Son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.

Qeyd edək ki, "Simurq" transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə, daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.