İdman

Hafiz Məmmədova daha bir zərbə

30 Yanvar 2015 14:20
0 Şərh     Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransanın "Lans" klubu Liqa 1-dən uzaqlaşdırılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, elita təmsilçisi Liqa 2-yə göndərilir.

Qeyd edək ki, bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb. Məhkəmə digər Fransa klubu - "Soşo"nun iddiası əsasında, "Lans"ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib.
 

Qərarda qeyd olunub ki, "Lans"ın büdcəsi Fransa Liqa 1-in tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm elitada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən Liqa 2-də oynamalıdır.

"Lans" ötən mövsüm Fransa ikinci liqasınsa ikinci yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. "Lans"dan şikayətçi olan "Soşo" isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə "Lans" bu mövsüm brinci liqaya buraxılmasaydı, onu "Soşo" əvəz edəcəkdi.
 

Qeyd edək ki, hələlik, Fransa Futbol Federasiyası "Lans"ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.
 

Əlavə edək ki, 22 turdan sonra "Lans" turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.

Komandanın zəif çıxışına "Lans"ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.