İdman

Emil Balayevin rəqibi komandadan getdi

30 Yanvar 2015 12:46
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin qapıçısı Emil Balayevin komandası Frankfurt "Eintracht"ında növbəti ayrılıq baş verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Frankfurt təmsilçisinin əsas qapıçısı Timo Hildebrandla müqaviləyə xitam verilib.
 

ABŞ klublarından təklif almasına baxmayaraq, mövsümün sonuna qədər komandada qalacağı bildirilən 35 yaşlı qolkiperə baş məşqçi Tomas Şaaf ehtiyac duymayıb.

Baş məşqçi bundan sonra bir nömrəli qapıçı kimi Kevin Trappa etibar edəcək. Feliks Vidvald ikinci, həmyerlimiz Emil Balayev isə üçüncü qapıçı kimi öz şansını gözləyəcək.
 

Emil Balayev "Ayntraxt"a ötən ay "Neftçi"dən transfer olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.