İdman

Milliyə görə "Qəbələ"yə yox dedi

30 Yanvar 2015 14:00
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"dən mənə zəng gəlmişdi. Amma seçimi "Metallist"in xeyrinə etdim. Fikrimcə, bu, mənim karyeramda irəliyə atılmış addımdır".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Çernomorets"dən "Metallist"ə keçən Kirill Kovalçuk deyib.
  

""Metallist"lə rəsmi müqavilə bağladıqdan dərhal sonra yerli mətbuata müsahibə verən təcrübəli yarımmüdafiəçi "Qəbələ"yə keçməməsinin səbəbini də izah edib: "Xarkov klubuna keçməyimin əsas səbəbi budur ki, burada oynayarkən millinin məşqçilər korpusunun gözü önündə olacam. Ukrayna millisində çıxış etmək mənim üçün çox vacibdir. Azərbaycan və ya Özbəkistana getsəydim, belə bir şansım olmayacaqdı. Çünki bu çempionatlardan Ukrayna millisinə oyunçu çağırmırlar".
  

Qeyd edək ki, "Qəbələ"nin transfer etmək istədiyi Kirill Kovalçuk bu gün "Metallist"lə 2,5 illik müqavilə bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.