İdman

"Barsa" "Fırtına"nı yatırdı

29 Yanvar 2015 09:07
10 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Barselona" "Atletiko"ya qalib gəlib yarımfinala yüksəldi

İspaniya Kubokunda 1/4 finalın cavab oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, ilk matç günündə bir qarşılaşma keçirilib. "Atletiko" doğma meydanda "Barselona"nı qəbul edib.

İlk qolu madridlilərin "El Ninyo" (Fırtına) ləqəbli yeni transferi Fernando Torres elə ilk dəqiqədə vurararaq "Visente Kalderon"dakıları qələbəyə həvəsləndirib. Lakin kataloniyalılar buna imkan verməyiblər. Rəqibini 3:2 hesabı ilə məğlub edən "Barselona" yarımfinala yüksəlib.

Qeyd edək ki, kubokun 1/4 finalının qalan 3 oyunu bu gün və sabah keçiriləcək.

28 yanvar

İspaniya Kuboku, 1/4 final cavab oyunu

"Atletiko" (Madrid) - "Barselona" - 2:3
(İlk oyun: 0:1)
Qol:Torres, 1 (1:0), Neymar, 9 (1:1), Qarsia, 30 (2:1), Miranda, 38-avtoqol, (2:2) Neymar, 41 (2:3)
Qırmızı vərəqələr: Qabi, 45, M.Suares, 84 (hər ikisi "Atletiko")

29 yanvar

"Xetafe" - "Vilyareal"
(İlk oyun - 0:1)

30 yanvar

"Atletik" (Bilbao) - "Malaqa"
(İlk oyun - 0:0)

"Sevilya" - "Espanyol"
(İlk oyun - 1:3)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.