İdman

Kamran Ağayevin "Adana Dəmirspor"a yolu necə açıldı?

28 Yanvar 2015 15:12
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin I dəstə təmsilçisi "Adana Dəmirspor"un Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi sıralarına qatmaqda niyə israrlı olmasının səbəbi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb I liqada 2-ci pillədə qərarlaşan adanalıların əsas qapıçısını itirməsidi.
  

Belə ki, qış fasiləsinədək baş məşqçi Samet Aybabanın daha çox güvəndiyi Sərdar Kulbilgə yanvarın əvvəlindəki matçdan sonra komandanı tərk edib. 13 matçda 10 top buraxan qolkiper aşağı dəstənin lideri "Kayserispor"a keçib.
  

Qapıçısını əsas rəqibinə verən Adana təmsilçisi isə ilk yarıda onun əvəzləyicisi olan cütlüyün ümidinə qalıb. Bununla barışmayan Aybaba qapıçı axtarışına çıxıb və seçimini Ağayevin üzərində dayandırıb.

Qeyd edək ki, karyerası ərzində "Fənərbağça"da da oynayan Kulbilgə 2008/09 mövsümündə "Kocaelispor"da millimizin kapitanı Rəşad Sadıqovun komanda yoldaşı olub. Maraqlıdı ki, həmin vaxt Sərdar deyil, Rəşad "1" nömrəli forma ilə çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.