İdman

Beyldən "Mançester Yunayted" açıqlaması

28 Yanvar 2015 12:46
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Qaret Beyl "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Marca" qəzetinə danışan uelsli futbolçu özünü "Mançester Yunayted"in oyunçusu kimi təsəvvür etmədiyini deyib:
 

"Özümü "Mançester Yunayted"in futbolçusu kimi təsəvvür etmirəm. Müsahibələrimin birində özümü "Real"da çox xoşbəxt hiss etdiyimi bildirdim. "Real"la uzunmüddətli müqaviləm var və klubda işlərim yaxşı gedir. Ötən mövsüm kuboklar qazandım və bu uğuru davam etdirmək istəyirəm".
 

Qeyd edək ki, Beyl 2013-cü ildə "Tottenhem"dən "Real" (Madrid) klubuna transfer olunub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.