İdman

Qana və Əlcəzair 1/4 finalda

28 Yanvar 2015 11:52
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Millətlər Kubokunun C qrupunda sonuncu turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirin növbəti 1/4 finalçıları müəyyənləşib.

Seneqalla qarşılaşan Əlcəzair millisi 2:0 hesabı ilə qalib gəlib. Qana millisi isə CAR-a qalib gəlib - 2:1.

Bu qələbə ilə xalını 6-ya çatdıran Qana millisi növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb. Əlcəzair isə eyni xalla qrup ikincisi kimi 1/4 finala adlayıb.

Qeyd edək ki, digər 1/4 finalçıların adına bu gün aydınlıq gələcək. Konqo, Qvineya, Tunis və Konqo Demokratik Respublikası isə daha əvvəl 1/4 finala adını yazdırıb.

27 yanvar

Afrika Millətlər Kuboku

C qrupu

CAR - Qana - 1:2
Qollar:
Masanqo, 17, (0:1), Boye, 73 (1:1), Ayu, 83 (1:2)

Seneqal - Əlcəzair - 0:2
Qollar:
Marez, 11, Bentaleb, 82

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.