İdman

"Qəbələ"dən ayrılan futbolçu Portuqaliya klubunda

27 Yanvar 2015 14:41
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"dən ayrılan Yazalde Pintonun yeni klubu müəyyənləşib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu karyerasını vətənində davam etdirəcək.
 

27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Jil Visente" klubunda oynayacaq.
 

Keçidi ilə bağlı klubun rəsmi saytına danışan Pinto bunları bildirib: "Yenidən ölkəmə qayıtdığım və "Jil Visente" ilə anlaşdığım üçün şadam. Klub güclü azarkeş ordusuna malikdir. Həmçinin "Jil Visente"də çoxlu dostlarım var. Mən bura komandanın məqsədinə çatmasına kömək etmək üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm".
 

Qeyd edək ki, Portuqaliya yüksək liqasında çıxış edən "Jil Visente" klubu geridə qalan 18 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 

Xatırladaq ki, karyerası ərzində "Braqa", "Rio Ave" və "Astra" klublarında forma geyinən Pinto cari mövsümün ilk yarısını "Qəbələ"də keçirib. O, 15 oyunda iştirak etsə də, fərqlənə bilməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.