İdman

Dünən "Qarabağ"da qollar vururdu, bu gün heç kimə lazım deyil

27 Yanvar 2015 14:17
0 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"la yollarını ayıran və "Hamburq"da baxışda olan İnnosent Emeqara Almaniya klubunun məşqçiləri tərəfindən bəyənilməyib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

İsveçrəli hücumçu ilə "Hamburq"la yanaşı, İtaliyanın "Palermo" və "Parma" klublarının da maraqlandığı bildirilib. Lakin o, "Hamburq"a üstünlük verərək komandanın Dubaydakı təlim-məşq toplanışına yollanıb. Bundan sonra isə adları çəkilən İtaliya klubları da futbolçudan imtina ediblər.
 

Bundesliqa təmsilçisi isə Emeqaranı baxışdan keçirdikdən sonra onu heyətində görmək istəməyib.

Hazırda klubsuz olan 25 yaşlı futbolçu yeni təklifləri gözləyir.
 

Qeyd edək ki, Nigeriya əsilli futbolçu bu mövsümün əvvəlində"Qarabağ"a transfer olunmuşdu. Ötən ilin dekabrında isə müqaviləsi başa çatan Emeqara "Qarabağ"dan ayrılıb. 2014/15 Azərbaycan Premyer Liqasında səkkiz oyunda beş qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.