İdman

Viktor Mendi: "Etiraf edirəm ki..."

27 Yanvar 2015 12:47
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qəbələ"nin hücumçusu Viktor Mendinin apasport.az saytına müsahibəsini təqdim edir.
  

- Təlim-məşq toplanışı başa çatmaq üzrədir. Hazırlıq necə keçir?

- Hər şey yenidir. Taktiki cəhətdən çox şey dəyişib. Oyunumuzda da müəyyən dəyişikliklər var. Hazırlıqdan lazımınca yararlanmağa çalışırıq. Təbii ki, hər şey çempionat oyunları üçündür.
  

- Çempionatdan söz düşmüşkən, komandanı mövsümün ikinci yarısına tam hazır hesab etmək olar?

- Bəli, çempionata tam hazırıq. Çünki yeni oyunçular da kollektivə qoşulublar. Onlar komandanın gücünü bir az da artırıblar.

- Yeni baş məşqçinin digərlərindən fərqi nədədir?

- Roman Qriqorçuk hərəkətli komanda istəyir. Daim pressinq etməyi, oyuna nəzarət etməyi sevir. Onun bu xüsusiyyəti mənim çox xoşuma gəlir. Komandanın oyuna nəzarət etməsi, topa daha çox hakim olması yaxşı haldır.

- Futbolçular məşqlərin ağır keçdiyini deyirlər. Həqiqətən də, Qriqorçuk sizi çox yorur?

- Etiraf edirəm ki, çətin məşqlər keçirik. Niyə çətindir? Çünki çempionat oyunlarına hazırlaşırıq. Çempionat isə çox uzun marafondur. Uzun müddət yüksək formada qalmaq, gərgin oyunlara tab gətirmək üçün fiziki hazırlığımız qaydasında olmalıdır. Biz həm də fiziki hazırlıqla yanaşı, yeni taktiki sxemə də öyrəşməyə çalışırıq. Bu səbəbdən çətin görünə bilər.

- Yeni hücumçu Ruslan Fomin barədə nə deyə bilərsiz? Onu baş məşqçi özü gətirib. Rəqabətdən çəkinmirsiz?

- Onun gəlməyinə çox sevinirəm. Çünki Fomin güclü hücumçudur. İnanıram ki, komandamızın qələbələrində onun da rolu olacaq. Belə həmkarla eyni komandada yer almaq rəqabət baxımından da çox önəmlidir.

- Fiziki cəhətdən "Qəbələ"nin ən hazırlıqlı futbolçularından birisiniz. 34 yaşda bunu necə bacarırsız?

- Yaxşı olmaq üçün həmişə əlimdən gələni edirəm. İlk növbədə məşqlərdə öz üzərimdə çox çalışıram. Hər dəfə "artırmağa" can atıram. Oyunlarda da bunun faydasını görürəm.
 

- Yəqin ki, bunun xüsusi bir sirri var...

- Sirri odu ki, mən beynimdə özümü cavan oyunçu kimi təsəvvür edirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.