İdman

Türkiyədə "Qarabağ" adlı klub yaradıldı - FOTO

25 Yanvar 2015 20:50
0 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə yeni futbol klubu yaradılıb.

Milli.Az derbi.az-a istinadən xəbər verir ki, ilk baxışdan bunda qeyri-adi nəysə olmasa da, məsələnin maraqlı tərəfi komandanın adının birbaşa Azərbaycanla bağlı olmasıdır.

Belə ki, İstanbulda yaradılan komanda "AZE Qarabağ" adlanır. Əslində, klubun yeni yaradıldığını demək olmaz. Belə ki, buna qədər "Çekmeköy çarşıspor" adlanan komanda bundan sonra "AZE Qarabağ" adlanacaq.

Klub rəsmilərinin sözlərinə görə, komandanın adının "AZE Qarabağ" olaraq dəyişdirilməsində məqsəd Qarabağın adını dünyaya tanıtmaq və dolayısıyla siyasi baxımdan Azərbaycana dəstək olmaqdır.

Prezidenti Murad Şengün olan komandanın ilk olaraq həvəskarlar liqasında mübarizə aparması gözlənilir. Klub prezidentinin sözlərinə görə, klubun bütün yaş qrupları üzrə komandasının formalaşdırılması və müxtəlif yaş qrupları üzrə komandaların həvəskarlar liqasında mübarizə aparması planlaşdırılır. Bundan əlavə, "AZE Qarabağ"ın nəzdində futbol məktəbinin də fəaliyyət göstərəcəyini qeyd edən Şengün gələcəkdə azərbaycanlı uşaqların da həmin futbol məktəbinə dəvət olunmasında maraqlı olduqlarını açıqladı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.