İdman

"Rabitəçilər" "quru hesab"la başladılar

25 Yanvar 2015 18:35
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, "Azəryol" - "Lokomotiv" görüşünün təxirə salındığı XI turun yeganə matçında "Rabitə" "Azərreyl"lə üz-üzə gəlib.
 
İlk iki qarşılaşmada rəqibinə "quru hesab"la qalib gələn Dejan Brdjoviçin yetirmələri bu görüşün də fovariti hesab edilirdilər.
 
Belə ki, matça yaxşı başlayan "Rabitə" ilk setdə qalib gəlməyi bacarıb - 25:21.
 
Birinci hissəni uduzan "Azərreyl" digər iki setdə güclü rəqibinə müqavimət göstərə bilməyib.
 
Beləliklə, rəqibini yenə "quru hesab"la məğlub edən "Rabitə" xalını 21-ə çıxarıb və müvəqqəti də olsa, liderliyi ələ keçirib.
 
 
25 yanvar
XI
"Rabitə" - "Azərreyl" - 3:0 (25:21; 25:5; 25:9)
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.