İdman

Ronalduya ağır cəza veriləcək?

25 Yanvar 2015 12:13
0 Şərh     Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Madrid "Real"ının portuqaliyalı superforvardı Kriştianu Ronaldu ağır cəzalana bilər.

Milli.Az Sports-a istinadən bildirir ki, dünən Primeroda "Kordoba"ya qarşı keçirilən matçın (2:1) 82-ci dəqiqəsində Ronaldu Edimarın ayağına təpiklə vurmuşdu, bunun cəzası isə La Liqanın qaydalarına görə, 4 oyundan 12 oyunadək diskvalifikasiyadır. 

Bu gün məlum olub ki, həmin hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Ronaldu uzunmüddətli diskvalifikasiyadan qaça bilər.

Marca qəzeti yazıb ki, matçın baş hakimi Alexandro Ernandes oyun protokoluna qeyd edib: "Ronaldu qeyri-oyun situasiyasında rəqibi vurduğuna görə 83-cü dəqiqədə meydandan qovulub".

Beləliklə, portuqal hücumçu ən azı, "Sosyedad"la olacaq növbəti matçı ötürəcək.

Marca-nın versiyasına görə, referinin raportda Ronaldunun hərəkətini "aqressiv hərəkət" kimi göstərməməsi forvarda uzunmüddətli diskvalifikasiyadan qaçmağa kömək edəcək.

İspaniya Futbol Federasiyasının hakimlər komitəsi forvardın diskvalifikasiyası haqda qərarı gələn həftə açıqlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.