İdman

Qurban Qurbanov: "Prezident bizə böyük stimul verdi"

21 Dekabr 2014 13:56
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 "Ölkə prezidenti ilə çox dəyərli bir görüş oldu. Məşqçi heyəti, rəhbərliklə yanaşı, futbolçular da bu görüşdə iştirak etdi. Cənab prezident "Qarabağ" haqqında bütün informasiyalardan məlumatlı idi. Onun futbolçuların yanında olması və onları qalib kimi qarşılaması bizdə özünəinam hissini artırdı. Problemlərimizlə maraqlandı və xalqımız adından bizi təbrik etdi. Təmiz qələbə qazandığımızı, ancaq hakimə görə növbəti mərhələyə yüksələ bilmədiyimizi vurğuladı".
 

Bu sözləri qol.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevlə görüş barədə fikirlərini bildirərkən deyib.

O xatırladıb ki, "Qarabağ" ilk dəfə Avroliqanın "pley-off"una yüksələn zaman da dövlət başçısı onu telefon vasitəsi ilə təbrik edib:
 

"Bu dəfə isə o, bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Bu görüşlə bütün idman ictimaiyyəti gördü ki, prezident kiçik bir kluba da böyük önəm verir. Ən çətin anımızda prezident bu dəvəti ilə bizə böyük stimul verdi. Bir daha dövlət başçımıza komandam adından təşəkkürümü bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.