İdman

Bu ilin "qızıl oğlan"ı seçildi

20 Dekabr 2014 18:17
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropada 2014-cü ilin ən yaxşı gənc futbolçusu bəlli olub.

Qol.az-ın məlumatına görə, 2003-cü ildən İtaliya qəzeti "Tuttosport"un təsis etdiyi mükafata bu dəfə "Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq sahib çıxıb.

Ümumilikdə 40 futbolçunun mübarizə apardığı mükafat uğrunda səsvermədə Sterlinq hər kəsi qabaqlayıb. 20 yaşlı futbolçu mükafatla bağlı bunları deyib:
 
"İlin ən yaxşı gənc futbolçusu seçildiyimi öyrəndikdə dərhal anama zəng etdim. Hər şeyə görə ona borcluyam. Anam həyatımda ən önəmli şəxsdir. O mənə görə çox şeyi qurban verib".

Qeyd edək ki, ilin ən yaxşı gənc futbolçusu mükafatını müxtəlif illərdə Lionel Messi, Ueyn Runi, Serxio Aquero kimi oyunçular da qazanıblar. Ötən il isə bu mükafata "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba yiyələnib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.