İdman

Ölənədək "Fənər"li: son oyununu da "Qalatasaray"a qarşı oynayacaq

20 Dekabr 2014 17:01
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Fənərbağça"nın əfsanəvi kapitanı Aleks De Souza vida matçını Türkiyədə oynayacaq.

Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi "Koritiba" klubunun yanvarın 16-sı "Beşiktaş", 18-i "Qalatarasay"la oyunlarından sonra karyerasını başa vuracaq.

Məşhur "Sport Park" firmasının Türkiyənin Alanya şəhərində  təşkil etdiyi "Sport Park Beynəlxalq Futbol Çempionatında" Argentinanın "River Plate", Braziliyanın "Koritiba", Türkiyənin isə "Beşiktaş" və "Qalatasaray" klubu çıxış edəcək.

Qeyd edək ki, Aleks De Souza 2004-2012-ci illər arası Türkiyənin "Fənərbağça" klubunun şərəfini qoruyub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.