İdman

"Xan" Qurbanovun göz yaşları - FOTO

20 Dekabr 2014 16:22
1 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qarabağ"ın azarkeş qrupu "İmarət" fan-klubunun ənənəvi olaraq ilin yekunlarına dair keçirdiyi hesabat tədbirində komandanın baş məşqçisi Qurban Qurbanov kapitan Rəşad Sadıqovun 14 nömrəli formasını fiziki məhdudiyyəti olan azarkeşə təqdim edib.

Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandanın futbolçularının imzası olan formanı azarkeşə təqdim etdikdən sonra kövrəlib və göz yaşlarını saxlaya bilməyib.

Tədbirdə 11 nominasiyada mükafatlandırma mərasimi keçirilib.

"Qarabağ"ın inkişafı, tanıdılması və uğurlarında rolu olan insanlar fan klub tərəfindən mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında komandanın baş məşqçisi Qurban Qurbanov da olub. Azarkeşlər Qurban bəyə xüsusi geyim hədiyyə ediblər və onu "Xan" elan ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.