İdman

Bu sual Lui van Qaalı özündən çıxardı

20 Dekabr 2014 11:06
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Manchester United"in baş məşqçisi Lui van Qaal Viktor Valdesin karyerasını "Qırmızı şeytanlar"ın heyətində davam etdirib-etdirməyəcəyi barədə suala aqressiv reaksiya verib.

Goal.az saytının "BBC Sports"a istinadən verdiyi xəbərə görə, "Aston Villa" ilə oyun öncəsi media nümayəndələrinin qarşısına çıxan holland məşqçi mətbuatı dezinformasiya yaymaqda ittiham edib.

"Bütün söz-söhbətlər jurnalistlərdən gəlir. Bu şayiələrin səbəbkarı nə mən, nə komanda, nə də Valdesdir. Hər şeyin səbəbkarı KİV-lərdir. Əgər "Liverpool" onunla maraqlanırsa, Viktor sakitcə oraya gedə bilər. Media özündən xəbərlər uyduranda özümdən çıxıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.