İdman

"Xəzər Lənkəran"dan qaçan futbolçu "Levski"də!

19 Dekabr 2014 16:38
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Xəzər Lənkəran"dan icazəsiz ayrılaraq, ölkəsinə yollanan Qalin İvanov özünə yeni komanda tapıb. Apasport.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi hazırda Sofiya "Levski"sinin düşərgəsindədi.

Bu xəbəri "Levski"nin idman direktoru Georgi İvanov da təsdiqləyib. Klub rəsmisi bildirib ki, qış fasiləsində heyətə 3 oyunçu cəlb edəcəklər və onlardan da biri İvanovdu. Həmçinin "Lokomotiv"in (Sofiya) qapıçısı Bojidar Mitrevin "Levski"yə qayıtması və "Çerno More"nin müdafiəçisi Aleksandr Aleksandrovun da transferi gündəmdədi.

Qeyd edək ki, bolqarıstanlı legionerin "Xəzər Lənkəran"la müqaviləsi mövsümün sonuna qədərdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.