İdman

"Hamı Messinin gözünün içinə baxır"

20 Dekabr 2014 09:16
1 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Argentina millisinin baş məşqçisi Xerardo Martino futbolçusu Lionel Messi haqda fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, Almaniya mətbuatına danışan təcrübəli mütəxəssis deyib ki, Messi artıq həm fiziki, həm də psixoloji cəhətdən yorulub:

"Messi hər il 60-65 matçda meydana çıxır. Oyunlar zamanı bütün yük onun üzərinə düşür. Bu isə onu həm fiziki, həm də psixoloji cəhətdən yorur. Məncə, milli ilə müqayisədə "Barselona"da ondan daha çox şey gözlənilir. Düzdür, Kataloniya klubunda bir çox önəmli futbolçular var. Amma hər kəs yaxşı nəticə üçün Messinin gözünün içinə baxır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.