İdman

""Real Madrid"də oynamaq arzumdur"

19 Dekabr 2014 19:39
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real Madrid"in transfer etməyə çalışdığı Lukas Silva "Marca" nəşrinə qısa açıqlama verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu Klublararası dünya çempionatını izlədiyi və qəbul ediləcək istənilən qərara hazır olduğunu bildirib.

"Mən müqavilə ilə "Cruzeiro"nun futbolçusuyam. Nə olacaqsa, olacaq. Karyeramda, bəlkə də, ən yaxşı mövsümü keçirirəm. Komanda Braziliya çempionu oldu və mən də xeyli inkişaf etdim. Düşünürəm ki, günü-gündən daha da artırıram. "Real Madrid" kimi klubun mənimlə maraqlanmağı böyük şərəf və uğurdur. Hal-hazırda istirahət edirəm. Bu barədə çox fikirləşməməyə çalışıram. Nəsə baş versə, "Cruzeiro" və agentim məni məlumatlandıracaq. Əlbəttə, "Real Madrid"də oynamaq arzumdur. Bu, heç kimə sirr deyil. Bu klubun tərkib hissəsi olmaq mənim üçün şərəfdir. Amma ilk öncə "Cruzeiro" və "Real" aralarında razılığa gəlməlidir. Mənim edə biləcəyim yalnız gözləməkdir. Əgər yanvarda Madrid klubuna transfer olunacamsa, buna hazıram. "Cruzeiro"da iyuna qədər qalmaq ehtimalı olsa, bu da yaxşı həlldir. Çünki komanda ilə "Libertadores" kubokunda çıxış etmək istəyirəm. İstənilən halda, hər şeyə hazıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.