İdman

Reynaldo Türkiyəyə yollanır

19 Dekabr 2014 14:29
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Topaz Premyer Liqasının lideri "Qarabağ" da əksər klublar kimi, qış fasiləsində Antalyaya yollanacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam klubu səfərə tam heyətlə gedə bilməyəcək. Çünki braziliyalı futbolçular Reynaldo Çumbinyo yalnız Türkiyədə kollektivə qoşulacaq.

Reynaldo komandadan bir neçə gün öncə Türkiyəyə yola düşəcək və yerli klinikaların birində tibbi müayinədən keçəcək. Çumbinyo isə Antalyaya vətəni Braziliyadan yollanacaq. Reynaldonun fasilə müddətində kollektivlə birgə məşqə qoşulması gözlənilirsə, yarımmüdafiəçi fərdi məşqlərlə kifayətlənməli olacaq.

Qeyd edək ki, Çumbinyo sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen", Reynaldo isə noyabrın 11-də Premyer Liqanın 12-ci turunda "Bakı" ilə görüşdə zədələnib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.