İdman

"Biz hələlik bir döyüşü uduzmuşuq, müharibə isə qurtarmayıb" - MÜSAHİBƏ

19 Dekabr 2014 14:25
0 Şərh     Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Topaz Premyer Liqasının XVII turunda "İnter"ə uduzmaqla, turnir cədvəlindəki mövqeyini də itirən "Neftçi"nin qış fasiləsinə üçüncü pillədə yollanacağı dəqiqləşdi. Milli.Az xəbər verir ki, qarşılaşmadan sonra apasport.az-ın suallarını cavablandıran "ağ-qaralar"ın müdafiəçisi Karlos Kardosa meydanı erkən tərk etməsinə də aydınlıq gətirib.

- Oyunla bağlı fikirlərinizi bölüşərdiniz...

- Hesabda öndə olsaq da, bu üstünlüyümüzü qorumağı bacarmadıq. İkinci hissədə fasiləyə qədər nümayiş etdirdiyimiz oyunu davam etdirə bilmədik. Komanda yoldaşlarım çalışdı. Fasiləyə bu cür yollanmağımız çempionatın maraqlı keçəcəyini göstərir.

- İkinci hissədə zəif oynamağınızın səbəbi nədi?

- Müdafiədə fasiləyə qədər ortaya qoyduğumuz oyunu davam etdirə bilmədik. "İnter" çoxsaylı epizodlar yaratdı. Qış fasiləsi gəlir. Təlim-məşq toplanışında yaxşı hazırlaşmalıyıq. Ehtiyatda daha bir görüşümüz var. Ümidimizi üzmürük, çempion olmaq şansımız var.

- Qələbə qazansaydınız, qış fasiləsinə ikinci pillədə yollanacaqdınız. Bu şansı qaçırmağınız sonra sizə baha başa gəlməyəcək?

- Belə deyək, biz hələ bir döyüşü uduzmuşuq, müharibə isə qurtarmayıb. Bu müharibədə bu cür döyüşlər çox olacaq. Çempionat uzun marafondu, mübarizə aparmalıyıq.

- Bu, "Neftçi"nin 2014-cü ildə sonuncu matçı idi. Ola bilərmi ki, legionerlər istirahət haqda düşündüyündən, matça tam konsentrasiya ola bilməyiblər?

- Futbolçularımızın hamısı təcrübəlidi. İşimizi bilirik. Oyuna çıxırıqsa, diqqətimiz meydanda olur.

- Matçı erkən tərk etdiniz. Zədəniz ciddidi?

- Ayağım burxuldu. Buna görə də dəyişilməyimi istədim.

- Azarkeşlər baş məşqçiniz Arif Əsədovu istefaya çağırırdı. Bunu çağırışı həm də komandanın oyununa etiraz kimi qəbul etmək olarmı?

- Baş məşqçi istefa versə, komanda üçün vacib itki olacaq. Çünki dəyişiklik etmək üçün onun indi imkanı var. Fasilə zamanı ola bilsin, yeni futbolçular da dəvət edilsin.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.