İdman

İspaniya kuboku: "Atletiko" 1/8 finalda

19 Dekabr 2014 09:39
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya kubokunda 1/16 finalın növbəti cavab oyunları keçirilib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma baş tutub.

Öz meydanında "Hospitalet"lə qarşılaşan "Atletiko" (Madrid) klubu rəqibi ilə 2:2 bərabərə qalıb. Lakin ilk görüşdə 3:0 hesabı ilə qalib gələn "Land of fire Azerbaijan" formalı komanda 1/8 finala adlayıb.
 

Doğma azarkeşləri önündə "Deportivo"nu qəbul edən "Malaqa" böyük hesablı qələbəyə sevinib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn "Malaqa" 1/8 finala yüksələn digər komanda olub.
 

18 dekabr

İspaniya kuboku, 1/16 final

"Atletiko" (Madrid) - "Hospitalet" - 2:2 (İlk oyun - 3:0)
Qollar:
Mandzukiç, 19 (1:0), Alkaraz, 68 (1:1), Mandzukiç, 74 (2:1), Alkaraz, 84 (2:2)
 

"Elçe" - "Valyadolid" - 1:0 (İlk oyun - 0:0)
Qol:
Qonzales, 7 (1:0)
 

"Atletik" (Bilbao) - "Alkoyano" - 1:0 (İlk oyun - 1:1)
Qol:
Viquera, 38 (1:0)
 

"Malaqa" - "Deportivo" - 4:1 (İlk oyun - 1:1)
Qollar:
Santa Kruz, 51 (1:0), Poştiqa, 57 (1:1), Resio, 59 (2:1), Santa Kruz, 68 (3:1), Kamaço, 90 (4:1)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.