İdman

Sumqayıtda ara qarşıdı: "Eşidirsən, sənə nə deyirlər?" - FOTO

18 Dekabr 2014 20:31
0 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Sumqayıtda keçirilən "Sumqayıt" - "Qəbələ" matçında növbəti hakim qalmaqalı yaşanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, matçın baş hakimi Rəhim Həsənovun qarşılaşmanın son dəqiqələrində meydan sahiblərinin qapısına təyin etdiyi, oyunu izləyən jurnalistlərin şübhəli adlandırığı penalti aranı qarışdırıb.

"Sumqayıt" futbolçuları hakimə kəskin etiraz etsələr də, qərar dəyişməyib. Topa yaxınlaşan Cavid Hüseynov isə qonaqları məğlubiyyətdən xilas edib. Hakimin final fitindən sonra isə ara yenidən qarışıb. Azarkeşlər referini təhqir edərək, onun ünvanına qeyri-etik ifadələr səsləndiriblər, üzərinə butulka və alışqan atıblar. "Sumqayıt"ın prezidenti Kamran Quliyev isə birbaşa meydana daxil olaraq Rəhim Həsənova etirazını daha kəskin şəkildə bildirib. Klub prezidenti üzünü Rəhimə, əlini isə tribunaya tutaraq "eşidirsən, sənə nə deyirlər?" ifadəsini işlədib.

Matçdan sonra "Sumqayıt" klubu konfrans zalındakı geniş ekranda penaltini epizodunu jurnalistlərə bir-neçə rakursdan nümayiş etdirib və hakimin həqiqətən də kobud səhvə üz verdiyi üzə çıxıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.