İdman

"Onun istefası FIFA-nın səhvidir"

18 Dekabr 2014 20:15
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi, FIFA Etika Komitəsi Araşdırmalar bölməsinin rəhbəri Maykl Qarsia tutduğu vəzifədən istefa verdi. Təcrübəli hüquqşünas Rusiya və Qatarda keçiriləcək dünya çempionatları ilə bağlı hazırladığı 430 səhifəlik hesabatın ictimaiyyətə tam açıqlanmamasına etiraz olaraq postunu tərk etdiyini açıqladı. Prinsipial məsələlərdə FIFA-ya qarşı tənqidi fikirlər səsləndirən Mişel Platini bu hadisəni diqqətsiz buraxmayıb. Goal.az xəbər verir ki, UEFA prezidenti Maykl Qarsianın istefasını FIFA-nın səhvi adlandırıb.

"FIFA Etika Komitəsi təşkilatın şəffaflıq siyasətini artırmaq üçün qurulmuşdu. Bizim də istəyimiz bu idi. Amma araşdırma qalmaqalla yekunlaşdı", - Platini deyib.

Qeyd edək ki, Qarsia istefa verdikdən sonra FIFA-nın şəffaf fəaliyyət göstərmədiyini söyləməklə yanaşı, Yoahim Ekert başda olmaqla İcraiyyə Komitəsinin bəzi üzvlərinin obyektivliyinə inamını itirdiyini də gizlətməmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.