İdman

Dünyaca tanınmış kikboksçu Bakıya döyüşə gəldi - VİDEO - FOTO

18 Dekabr 2014 16:48
0 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 20-də Bakıda Heydər Əliyevin xatirəsinə həsr edilmiş kikboks üzrə sayca 5-ci beynəlxalq turnir keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turnirdə iki komanda, Azərbaycan və Türkiyə idmançıları iştirak edəcəklər. Hər bir ölkəni 10 kikboksçu təmsil edəcək. Yarışın idarə olunması üçün WAKO-dan (Dünya Kikboks Federasiyası) Serbiya, Xorvatiya və belarusiyalı hakimlər briqadası dəvət olunub. Dekabrın 20-də start götürəcək yarış Bakı Tennis Akademiyasında keçiriləcək.
 

Yarışı maraqlı edəcək məqamlaradn biri də Belarusda yaşayan, əslən azərbaycanlı, dünyaca tanınmış kikboksçu Çingiz Allazovun turnirdə iştirak etməsi ilə bağlıdır. Karyerasını Belarusda davam etdirən 21 yaşlı Çingiz indiyə kimi 6 dəfə dünya çempionu (Tay boks) və 3 dəfə Avropa çempionu adını qazanıb. Peşəkar karyerası ərzində 33 döyüş keçirən idmançı 31 görüşdə qalib olub. Bu döyüşlərin 23-də kikbokçu rəqiblərini nokauta salıb. Həvəskar yarışlarda 200 döyüş keçirən Çingiz 199 görüşü qələbə ilə başa vurub yalnız bir döyüşdə məğlub olub. Ümumilikdə, aktivində 235 döyüş olan Çingiz Allazov 232 görüşü qalib başa vurub ki, bunların 197-də nokaut qeydə alınıb.
 

Sonda Çingiz Allazovun döyüşlərindən ibarət olan videonu təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.