Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov Ukraynada Valentin Kuts üzərində qazandığı qələbədən danışıb.
Trend-in məlumatına görə, boksçu son anda rəqibi dəyişdiyinə görə məyus olduğunu bildirib:
"Mən Xavadci Xatsiqova qarşı hazırlaşmışdım. Çəki mərasimində rəqibin dəyişdiyi məlum oldu. Dedilər ki, o boksçunu Ukraynaya buraxmayıblar. Ona görə Kutsa qarşı mübarizə aparmalı oldum. Bu görüşdən rəqib dəyişdiyinə görə imtina edə bilərdim. Amma imtina etsəydim, Türkiyə və Azərbaycandan gələn dostları, eləcə də azarkeşləri məyus edəcəkdim. Digər tərəfdən 2014-cü ili qələbəylə başa vurmaq istəyirdim. Karyeramda hələ belə həyəcan keçirməmişdim. Döyüş başlayandan sonra isə hər şey rahat oldu. Rəqibi qısa zamanda yaxşı təhlil edə bilmişdik. Nokaut barədə düşünmürdüm. İstəyirdim görüş sona qədər davam etsin. Kuts ikinci raund zamanı döyüşü davam etdirə bilməyəcəyini deməklə məğlubiyyətini etiraf etdi".
Fariz Məmmədov 2014-cü ilin yekunları barədə danışaraq başa çatan ili karyerası üçün müsbət qiymətləndirib: "Əgər uğursuz çıxış etsəydim, karyeramı başa vurardım. İki dəfə Azərbaycanda məğlub oldum. İki dəfə xarici ölkədə qələbə qazandım. Matias Pelklə görüş ərəfəsində zədələnmişdim, Andrey Zamkovoyla döyüşə isə hazır deyildim. Dostlarım bəzən deyirlər ki, doğma divarlar arasında döyüş zamanı bəxtim gətirmir. Pelki Almaniyada keçirilən görüşdə məğlub etdim. Zamkovoyla revanş isə sonraya qalıb. Onunla da görüşüm olacaq.
Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etmək ən böyük arzularımdan biridir. 2015-ci ildə lisenziya xarakterli turnirlər var. Fikrimcə, Olimpiadaya vəsiqə uğrunda mübarizə aparmağım peşəkar karyerama təsir etməyəcək. Hazırda peşəkarlar arasında dünya reytinqində 8-ci pillədəyəm. Dünya kəməri uğrunda heç kimi çempionluq döyüşünə dəvət edə bilmərəm. Amma məni dəvət edə bilərlər. Dəvət etsələr, hazır olmadığıma görə indi razılaşmaram. Hər şeyin öz vaxtı var. Komandamı genişləndirmək istəyirəm. Yaxın zamanlarda menecer və məşqçi heyətində yeniliklər olacaq".
Boksçu bəzi saytlarda onun vəhabiliyə qoşulması barədə yayılan informasiyaları yalan adlandırıb: "Hər hansı bir məlumatı yaymazdan əvvəl dəqiqləşdirmək lazımdır. Belə xəbərlər yalandır, böhtandır. Özünüz düşünün. Hər qələbəmdən sonra minlərlə insanın sevincini görürəm. İnsanlar mənə görə sevinir, təbrik edirlər məni. Hazırda Azərbaycanda idmana olan yüksək səviyyədə qayğının nəticəsidir ki, mən peşəkar boksla məşğul olmağa davam edirəm. Dövlətim bütün idmançılar üçün şərait yaradır. Qaliblər mükafatlandırılır. Hansı ağılsız insan indi pis işlərlə məşğul olar? Bu məlumatlar şayiədir. Mən Vətənimi çox sevirəm. Ağlımı itirməmişəm ki, radikal dini qruplaşmalara qoşulum. Mən yeddi il qəlbimlə, ruhumla, cismimlə əziyyət çəkmişəm. Sonra yenidən boksa qayıtmışam. Gedib ermənini udmuşam. Bu qələbəyə görə də dövlətimizdən ancaq dəstək görmüşəm. Mənə Ağdamın fəxri vətəndaşı adı verilib, dövlət tərəfindən mənzillə təmin olunmuşam. Nəyə görə bütün bu qədər dəstəkdən sonra dövlətə, millətə qarşı olan hansısa qruplaşmalara qoşulmalıyam?"
Fariz Məmmədov ona karyerasını davam etdirməsində dəstək olan "Qəbələ" İdman Klubuna təşəkkürürü bildirib: "Qəbələ" İdman Klubu hər zaman yanımda olub. Məğlubiyyətlərimi uğursuzluq saymayıb. Mənə dəstək olublar, inanıblar. Ukraynaya getməzdən əvvəl son məşqə klubun prezidenti Tale Heydərov gəlmişdi. Onun dəstək olması mənim üçün əlavə stimuldur. Bütün bunlara görə "Qəbələ" İdman Klubunun rəhbərliyinə təşəkkür edirəm".
Boksçu bir müddət istirahət edəcəyini, yalnız bundan sonra növbəti döyüş haqda düşünəcəyini söyləyib.
Milli.Az
İdman
Fariz Məmmədov: "Ağlımı itirməmişəm ki, radikal dini qruplaşmalara qoşulum"
18 Dekabr 2014 14:10
0 Şərh
Baxış: 804
DİGƏR XƏBƏRLƏR
- Onlara Çempionlar Liqasında 5-ci yer verilib - YENİLİK
- “Arsenal”ın transfer planları
- Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- Ayxan Abbasov: “Qorxurdular”
- Dünya kuboku: Zöhrə Ağamirova final mərhələsinə vəsiqə üçün mübarizə aparır - FOTO - VİDEO
- Avropa çempionatının ən reytinqli cüdoçusu - Hidayət Heydərov
XƏBƏR LENTİ
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- Erməni tağım komandirinin müavini öldü
- Dua Lipa məşhur brend üçün kamera qarşısına keçdi - FOTOlar
- Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
- Yaz-yay üçün qarderobumuzu belə hazırlamalıyıq - Tanınmış modelyerdən məsləhət
- Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü
- Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
- İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi
- Lavrovdan İrəvana: Bu, AB missiyası deyil, NATO-dur!
- Döş xərçəngindən qorunmağın 5 YOLU
- "Əsl musiqiçilər qoca olmur"
- Özəl universitetlər: boşda qalmamaq, yoxsa təhsil üçün seçilir? – ARAŞDIRMA
- Vladimir Kazimirov öldü
- Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB
- Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - VİDEO - FOTOlar
- Bu vulkan hər gün göyə 6000 dollar püskürür
- Aİ Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir - Toyvo Klaar
- İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var
- Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI
- Sülhməramlıların Qarabağı vaxtından əvvəl tərk etməsinin ƏSL SƏBƏBİ - VİDEOMÜSAHİBƏ
- Limon və laym arasındakı fərq nədir?
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- 80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO