İdman

"Qarabağ"ın Avroliqanın pley-offuna çıxması üçün üç variant

28 Noyabr 2014 13:05
27 Şərh     Baxış: 7 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 11-də Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sonuncu - həlledici oyununa çıxacaq.

Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, komandamız hazırda F qrupunda 5 xala malikdir.
 

Son turda təmsilçimiz İtaliya "İnter"ini qəbul edəcək. Hansı ki, sözügedən komanda geridə qalan oyunlarda 12 xal toplayaraq artıq qrupdan çıxmağı özü üçün təmin edib.
 

Komandamız son turda Milan klubuna məğlub olsa, dəqiq növbəti mərhələyə adlaya bilməyəcək. Belə olan halda F qrupunun ikincisi "Dnepr" (4 xal) - "Sent-Etyen" (5 xal) cütünün qalibi olacaq. Həmin oyunda heç-heçə qeydə alınacağı halda isə, fransızlar pley-offa vəsiqə qazanacaqlar.
 

"Qarabağ" "İnter"lə sülh bağlasa, o zaman digər oyunda da heç-heçə qeydə alınmasını arzulayacaq. O zaman bütün komandalar öz yerində qalacaq ki, şəxsi oyunlardakı göstəricilərinə görə, ağdamlılar "Sent-Etyen"i qabaqlayacaqlar. "Qarabağ" sülh bağlasa, fransızlar qələbə qazansalar, "Sent-Etyen" mərhələ adlayacaq, kiyevlilərin qələbə qazanacaqları halda isə "Qarabağ".
 

"Qarabağ" "İnter"ə qalib gələcəyi təqdirdə isə, digər oyunun nəticəsindən asılı olmayaraq, pley-offa məhz Azərbaycan çempionu vəsiqə qazanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.