İdman

"Neftçi"dən "Qarabağ"a: "Ehtiyatlı olun"!

27 Noyabr 2014 14:46
2 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Qarabağ" Fransada tarixi bir matça çıxacaq. "Sent-Etyen"in qonağı olan həmyerlilərimiz yaxşı nəticə ilə qayıdacaqları təqdirdə növbəti mərhələ şanslarını qoruyacaqlar.

"Qarabağ"ın şanslarından və bu oyun haqqında Milli.Az-a danışan "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov bildirdi ki, onlar yalnız ölkə daxilində rəqibdirlər:

"Bizim "Qarabağ"la mübarizəmiz ancaq ölkədaxili tunirləri əhatə edir. Xaricdə isə qardaşıq. "Qarabağ"ın mərhələ keçmə şansı çoxdur. Düzdür, "Dnepr"ə məğlub olmasaydılar, daha çox olardı. Əgər "Qarabağ" Fransadan yaxşı nəticə əldə etsə, hər şey yaxşı olacaq. Favorit "İnter"dir. Əgər "İnter" "Dnepr"i udsa, "Qarabağ"ın şansları daha çox olacaq. Fransızlar heç-heçəyə meyllidirlər. İstisna edilmir ki, bu oyuna da heç-heçə ümidi ilə çıxacaqlar. Bundan istifadə edib qələbə qazanmaq olar. Fransada erməni lobbisinin güclü olduğunu bilirik. Oyundan öncə, oyun əsnasında erməni meylli qüvvələr hər hansı təxribat törədə bilər. Buna hazırlıqlı olmaq lazımdır. "Neftçi"nin APOEL-lə oyununda da bu cür hallar baş vermişdi".

Niyaməddin Şirinov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.