İdman

Prandelli çamadanını yığır - YENİLƏNİB

27 Noyabr 2014 13:22
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:22

Milli.Az hurriyet qəzetinə istinadən xəbər verir ki, artıq Çezare Prandelli "Qalatasaray"dan qovuldu. Qərarın axşam saatlarında açıqlanacağı deyilir. Prandellinin yerinə gələcək məşqçinin kimliyinə yaxın zamanlarda aydınlıq gələcək.

----------
12:57

"Qalatasaray"ın son dönəmlərdə uğursuzluğu və "Anderlext"ə məğlub olaraq Avroliqa ümidlərinin də bitməsi rəhbərliyin səbrini daşırdı. Prandellinin öz xoşu ilə istefa verməməsi rəhbərliyi hərəkətə keçirdi. Artıq bir neçə namizədin adı açıqlanıb.

Milli.Az milliyet-ə istinadən həmin adları təqdim edir: Mustafa Denizli, Hikmet Karaman, Tuqay Kərimoğlu, Hasan Şaş, Saffet Susiç. "Qalatasaray" rəhbərliyinin bu məşqçilər arasından seçim edəcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.