İdman

Fabreqas: "Bu şübhə məni əsəbləşdirir"

27 Noyabr 2014 10:54
1 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Serxio Ramosun İspaniya milli komandasına zədə ucbatından qatılmayan Fabreqas Diyeqo Koştanı tənqid etməsinə növbəti cavab "Chelsea"nin yarımmüdafiəçisindən gəlib. 2 gün öncə Joze Mourinyonun Ramosun sözlərinə reaksiya göstərməsi Sesk Fabreqası da dilləndirib. Goal.az xəbər ki, futbolçu İspaniya mətbuatına açıqlama verərək millidə hər zaman oynamağa hazır olduğunu bildirib.

"İspaniya milli komandasında 9 ildə 94 oyuna çıxmışam. Meydana buraxılmadığım zamanlarda da heyətdə idim. Nə vaxt dəvət edilmişəm, dərhal gəlmişəm. Bu səbəbdən milli komandaya bağlılığıma şübhə edilməsi məni əsəbləşdirir. Həqiqət budur ki, zədəm vardı. Modriçin başına gələnlə mən də üzləşə bilərdim. Ramosla U-21 komandasında birlikdə oynamışıq. Əgər elə fikri vardısa, özümə deyər və ya telefonla xəbər verə bilərdi. Ondan incidim. Daha sonra məsələni aramızda danışıb məsələni həll etdik".

Xatırladaq ki, Ramos AVRO-2106-nın təsnifat mərhələsində Belarusa qarşı matçdan əvvəl Fabreqasın "Chelsea"yə göstərdiyi bağlılığı milli komandaya göstərməli olduğunu vurğulamışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.