İdman

"Böyük oyun"un biabırçılıqlarına cəzalar

25 Noyabr 2014 14:24
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verən hadisələrlə bağlı da müvafiq qərarlar açıqlanıb.

Milli.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran" - "Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 16-cı dəqiqəsində "Neftçi" klubunun 1 nömrəli futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 7 nömrəli futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyunun 74-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 22 nömrəli futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
 

Oyun 50-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimə olunub.
 

Oyunun 90+4-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.