İdman

Droqba tviti ilə məyus etdi

25 Noyabr 2014 14:05
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Didye Droqba milli komanda karyerasına son qoyub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı ulduz futbolçu "Twitter" səhifəsində yazıb.

Ötən mövsüm "Qalatasaray"ın formasını geyindikdən sonra keçmiş klubu "Çelsi"yə qayıdan ulduz oyunçu Didye Droqba milli yığma karyerasına son qoyduğunu bildirib.

Ulduz oyunçu, "Twitter"dən yaydığı məlumatda bunları qeyd edib: "Böyük bir üzüntü ilə söyləyirəm ki, milli komanda karyeramı sona çatdırdım. Geridə qalan 12 ildə bir çox hisslər yaşadım. Ölkəm üçün hər zaman ən yaxşısını etməyə çalışdım. 8 il ərzində bu komandanın kapitanı olduğum üçün çox xoşbəxtəm".

Xatrıladaq ki, 2014-cü ildə bir çox ulduz futbolçular İngiltərədən Steven Cerrard, Almaniyadan Filip Lam, Yunanıstanda Giorgos Karagunis, Nigeryadan Josep və İspaniyadan Xavi Hernandez də milli formalarını qardiroblarından asıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.