İdman

Prosineçki Berti Foqtsdan çox maaş alacaq!

25 Noyabr 2014 13:44
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Robert Prosineçkinin milli komandamızın baş məşqçisi olacağı dəqiqləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı xəbər yayıb.

Məlumatda bildirilir ki, Parisdə müzakirələr aparan AFFA nümayəndələri və Prosineçki üç gün əvvəl yenidən bir araya gəliblər və razılıq əldə olunub. Xorvatiyalı mütəxəssisin müqaviləyə əsasən 1.5 milyon avro qazanacağı da qeyd olunub. Həmçinin, xəbərdə dekabrın 2-də Prosineçkinin təqdimat mərasiminin keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Prosineçki dünən Premyer Liqamızın 13-cü turunun "Xəzər-Lənkəran" - "Neftçi" görüşünü izləyib. Bundan əlavə, o, "Qarabağ"ın Fransada "Sent Etyen"lə oyununu da canlı izləyəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.