İdman

"Xavi bütün yarımmüdafiəçilərin rəhbəridir"

25 Noyabr 2014 11:16
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barcelona"nın xorvat yarımmüdafiəçisi İvan Rakitiç APOEL ilə Çempionlar Liqası matçından öncə komandanın veteranı Xavi Ernandes haqqında fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rakitiç eyni ampluada çıxış etdiyi Xavini katalon klubunda bütün futbolçuların müəllimi adlandırıb.
 

"Xavi bütün yarımmüdafiəçilərin rəhbəridir. "Barcelona" üçün onun əhəmiyyəti çox böyükdür. Xavi yüksək səviyyəli oyunçudur. O, "Barcelona" və İspaniya millisi üçün misilsiz xidmətlər göstərib. Xavi ilə çiyin-çiyinə çıxış edərkən ondan çox şey öyrənmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.