Bakıda Avropa ölkələrinin milli olimpiya komitələri (MOK) nümayəndələrinin və beynəlxalq idman qurumları rəhbərlərinin iştirakı ilə Avropa olimpiya komitəsinin (AOK) 43-cü Baş assambleyası başa çatıb. Oyunlar Bakıda iyunun 12-28-də keçiriləcək.
"Rusiyanın güclü və nüfuzlu komandası olacaq. Qonaqpərvər Azərbaycan paytaxtında idman obyektləri ziyarət etdikdən və təşkilatçılarla bir sıra işgüzar görüşlər keçirdikdən sonra mən əminəm ki, Bakı-2015 bizim 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya oyunlarında iştirakımızda mühüm rol oynayacaq. Təşkilat komitəsinə və Bakı şəhərinə ilk Avropa oyunlarının uğurla keçirilməsini ürəkdən arzu etmək istəyirəm", - Jukov deyib.
O, həmçinin əmin olduğunu bildirib ki, "Avropa oyunlarının ən mühüm və statuslu yarışların biri kimi böyük gələcəyi var".
Milli.Az