İdman

Arda Turan hamını qorxutdu - FOTO

23 Noyabr 2014 09:21
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbolçu rəqib oyunçunun zərbəsindən sonra yerdə qalıb

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan İspaniya La Liqasının 12-ci turunda "Malaqa" ilə keçirilən oyunda huşunu itirib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, matçın 19-cu dəqiqəsində yerdən sıçrayan topa müdaxilə etmək istəyən türkiyəli futbolçu rəqib oyunçu Antunesin zərbəsindən sonra yerdə qalıb.

Burnundan qan açılan futbolçu həkimlərin ilkin tibbi yardımından sonra özünə gəlib. Həmin epizodda görüşün baş hakimi Fernando Teyxeyranın oyunu davam etdirməsi "Atletiko"lu futbolçuların və azarkeşlərin etirazına səbəb olub.

Qeyd edək ki, "Atletiko" - "Malaqa" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.