""Topaz Premyer Liqasının XII turunun oyunlarında hakim səhvləri var idi. Biz klub rəhbərlərinin əsaslı etirazlarını nəzərə aldıq. Onlar iradlarını bildirməsəydilər belə, Peşəkar Futbol Liqasının operatorları bütün oyunlarda çəkiliş aparırlar və görüşdən sonra hakim səhvlərinə bir-bir baxılır, müəyyən ölçü götürülür". Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasını (PFL) prezidenti Ramin Musayev deyib.
Ölkə çempionatının hesabat turunda keçirilən görüşlər hakim səhvləri ilə yadda qaldı. Bu səbəbdən toplantı keçirən PFL bəzi hakimlərə xəbərdarlıq edib.
"Klublar Hakimlər Komitəsinə etiraz etməkdə haqlıdırlar. O mənada ki, son turların oyunları gərgin keçdiyi üçün gənc hakimlərin təcrübəsizliyi bu qədər səhvlərə gətirib çıxardı. Tur başa çatandan sonra bütün oyunlardakı mübahisəli epizodlara baxdıq və yanlış qərarlar verən referilərdən səhvlərinin səbəbləri soruşuldu", - deyə Musayev bildirib.
PFL rəhbəri öncə daha çox müzakirə olunan AZAL - "Qəbələ" matçında baş hakim Ömər Paşayevin idarəçiliyinə şərh verib: "Penalti epizodunda yan xətt hakimi Ömər Paşayevə bildirib ki, orada qayda pozuntusu yoxdur. Bunu Paşayev də təsdiqlədi. Amma elə olur ki, köməkçisi baş hakimə penalti olmadığını desə də, sonradan onun qərarının səhv olduğu ortaya çıxır. Bu hallar təkrar olmasın deyə tapşırıq vermişəm ki, əvəzedici və birinci divizionun oyunlarını idarə edən hakimlərin məşqlərindən əlavə Premyer Liqa referilərinə həftədə 2 dəfə dərs keçirilsin. Ölkədə baş tutan futbol üzrə bütün çempionatlardakı səhvlər müzakirə edilir. Yəni, bunların hamısının gələcək oyunlarda hakimlərin səhvlərinin aradan qalxmasına təsiri olacaq".
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova etiraz etdiyini vurğulayan Musayev bildirib ki, klublar tərəfindən PFL prezidenti seçildiyi üçün, onların hüquqlarının tapdalanmasına yol verməyəcək: "Çempionatda mübarizə aparan komandaların mənafeyini qorumaq borcumdu. İclasda geniş söhbət oldu. Onlara xəbərdarlıq elədim. Əgər hansısa hakim çempionatda 3 böyük səhvə yol verərsə, onunla bağlı ciddi ölçü götürüləcək. Deyirlər ki, hakimlər komandalara kömək edirlər. Amma belə bir şey ola bilməz. Əgər olsa, həmin hakim qanun qarşısında cavab verməli olacaq. Heç bir hakim tapşırıqla işləyə bilməz. Klub rəhbərlərinin haqqını tapdalamaq vicdansızlıqdır".
Musayev AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynovun Ömər Paşayev haqda dediyi "O, hakimlikdən getməlidir" sözlərinə belə cavab verib: "Belə gənc hakimi etdiyi 2 səhvə görə "kəsib atmaq" düzgün deyil. Onun düzgün, tərbiyəli insan olmasına şübhəm yoxdur. Tərəfini saxlamaq fikrim də yoxdur. Razıyam, həmin matçda Paşayevin kobud səhvləri olub. Onu da qeyd edim ki, AZAL-ın 2-ci qolu da oyundankənar vəziyyətdən vurulub. Bütün hakimlərin səhvləri özlərinə deyilib. Bundan sonra tur başa çatdıqdan sonra iki gün hakimlərin toplantısı olacaq. Onların idarə etdiyi matçlardakı bütün mübahisəli epizodlar müzakirə ediləcək. Ömər Paşayev isə cəzasını mütləq alacaq".
"Simurq" - "Neftçi" (1:0) qarşılaşmasına gəlincə, PFL prezidenti paytaxt təmsilçisinin də etirazını haqlı sayır: "Neftçi"nin qapısına təyin olunan penaltilərə görə baş hakim Fariz Yusifova bir o qədər etirazım yoxdu. Ancaq meydan sahiblərinin də qapısına 11 metrlik cərimə zərbəsi verilməli idi. Bu, baş hakimin böyük səhvidir. Amma nəzərə alın ki, o, ani olaraq qərar verir. Səhv edib".
Musayev "İnter" - "Xəzər Lənkəran" (3:1) oyununda baş hakim Rəhim Həsənovun meydan sahiblərinin qapıçısı Səlahət Ağayevin cərimə meydançası qarşısında topa əllə toxunduğu zaman qayda pozuntusu qeydə almamasına da münasibət bildirib: "Rəhim Həsənov ümumilikdə pis oyun idarə etmədi. Tamamilə razıyam ki, Səlahət Ağayevə qırmızı vərəq göstərilməli və cərimə zərbəsi təyin olunmalı idi. Amma gəlin, həmin epizoda baxın. Həsənov düzgün mövqe seçsə də, "Xəzər Lənkəran"ın futbolçusu onun qarşısını bağlayıb. Həmin epizodu görmür. Hakim-inspektor da ona lazımi qiymət verib. Burada yan xətt hakimi də referiyə kömək etməli idi. Bütün detalları müzakirə etmişik. Həsənov da böyük səhvə yol verib və cəzasını alacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İsrail İranı vurdu - YENİLƏNİB - VİDEO - FOTO
- Sumqayıtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 9 il aradan sonra bu serialla qayıdır
- Konfrans Liqası: "Fənər” “Olimpiakos” səddinə ilişdi
- Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir
- Bu əlamətlər varsa, ərinizdən boşanmanın vaxtıdır
- Argentinanın NATO-ya müraciətinə Rusiyanın reaksiyası
- Suriya hərbçiləri pusquya düşdü: 16 nəfər öldü
- Teleqramda da stikerlər düzəltmək mümkün olacaq
- Bakının mərkəzində yarım milyonluq qəza - FOTOlar
- İbrahim Tatlısəslə oğlu arasında qalmaqal
- "Qarabağ"ın keçmiş rəqibi İngiltərə səddini də keçdi
- ABŞ və İsrail rəsmiləri İranın hücumlarını müzakirə etdilər
- "Səninlə Şuşaya getməyi çox istəyirdi, amma..." - FOTOlar
- İdarəolunmaz xəstə... - Zaxarovadan eston komandana cavab
- ABŞ Fələstinlə bağlı qətnaməni blokladı
- Yuxuda danışmaq, üzün qızartısı: İdarə edə bilmədiyimiz qabiliyyətlərimiz - ARAŞDIRMA
- Boşanmaq Colinin işinə yaradı
- Yerkökü və qaragilə görməni yaxşılaşdırır?
- Dilandan transparan libasda FOTOlar
- “Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
- Qurban Qurbanovun oğlunun Messi ilə FOTOsu sosial şəbəkələrdə trend oldu
- Bakıda yarım milyona Quran satılır? - FOTO
- Yatmadan əvvəl 11 zeytun yeyin