İdman

Əfsanə "Arsenal"a qayıdır

22 Noyabr 2014 15:23
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Nyu-York Red Bulls" klubunun hücumçusu Tyeri Anrinin üçüncü dəfə sabiq komandası "Arsenal"a qayıdacağı gözlənilir.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ilin sonunda ABŞ təmsilçisiylə müqaviləsi başa çatacaq fransalı futbolçu ilə PSJ və "Monako" klubları da yaxından maraqlanır.

Lakin 37 yaşlı futbolçunun yenidən London klubuna dönəcəyi bildirilir. "Arsenal"ın baş məşqçisi Arsen Venger klubun texniki heyətində yer alacağı gözlənilən Anri haqda bunları deyib: "Bu, imkansız deyil. Anri "Arsenal"ın əfsanəsidir. Lakin qapımız təkcə əfsanələrə deyil, bütün futbolçulara açıqdır".

Qeyd edək ki, 1999-2007-ci illərdə "Arsenal"ın şərəfini qoruyan Anri 2010-cu ildə "Barselona"dan "Nyu-York Red Bulls" klubuna transfer olunub. Təcrübəli futbolçu 2012-ci ildə qısa müddətliyinə "Arsenal"da icarə əsasında çıxış edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.