İdman

Çingiz Hüseynzadə: "İlk Avropa Oyunlarına hazırlığın son mərhələsi gedir"

22 Noyabr 2014 14:39
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakıda böyük bir tədbirə [Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası] yekun vuruldu. Bu assambleyada bir çox məsələlər müzakirə olundu". Trend xəbər verir ki, bunu şənbə günü Bakıda mətbuat konfransında Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Ç.Hüseynzadə deyib: "Mən yerli Təşkilat Komitəsi adından Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə öz təşəkkürümü bildirmək istəyirəm ki, belə bir tədbirin məhz Bakıda keçirilməsi haqqında qərar qəbul etmişlər və Bakıda bu tədbirin uğurlu keçirilməsi üçün bizə hər cür yardım göstərmişlər. Bu tədbir çox uğurlu oldu".

MOK rəsmisi xatırladıb ki, yeni qaydalara əsasən, güləşin hər üç növü üzrə 6 çəki qaydası saxlanılıb: "Bu, Beynəlxalq Güləş Federasiyasının qəbul etdiyi qərardır. Bu barədə məsələlər bizim gündəliyimizə aid deyil".

Ç.Hüseynzadə deyib: "Bizim üçün böyük çətinlik ondan ibarət idi ki, bu tədbiri keçirmək üçün təcrübəmiz yox idi. Biz buna görə böyük mütəxəssislər cəlb etdik ki, müəyyən təcrübəyə sahiblənək. Oyunların hazırlığının son mərhələsi gedir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.