İdman

Karateçilərimizin Dünya Kubokundakı uğurlu çıxışı

31 Oktyabr 2014 16:53
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-ə istinadən xəbər verir ki, Gəncə karateçiləri Gürcüstanda reallaşan Dünya Kuboku uğrunda yarışda uğurla çıxış ediblər. 2 nömrəli Uşaq Gənclər İdman Məktəbinin yetirmələri qonşu ölkədən 8 medalla qayıdıb. Paytaxt Tbilisidə düzənlənən mötəbər yarış karatenin WKF versiyası üzrə keçirilib.

Dünya Kubokuna 9 idmançı ilə qatılan məşqçi Ramiz İbrahimovun başçılıq etdiyi komanda 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Uşaqlar arasında Çoşqun Talıbovla Eldar Şükürov, veteranların birinciliyində Ruslan Məmmədov, kişilərin mübarizəsində isə Bayram Məmmədov Gürcüstanda baş mükafata layiq görülüb.
Bayram Məmmədov: "Dörd rəqiblə mübarizə apardım. Birincisi, Özbəkistan yığmasının üzvü idi. Ona qalib gəldim. Sonra rusiyalı idmançı üzərində qalib oldum. Yarımfinal və finalda gürcü karateçilərindən üstün olub çempion adını qazandım".
Gümüş medallar uşaqlar arasında çıxış edən Röyal İbrahimli və yeniyetmələrdə bacarığını ortaya qoyan Emil Hətəminin aktivinə yazılıb. Bürünc mükafatlara uşaqların mübarizəsində Ramiz Abbaszadə Vüqar Abdurrahmanov sahib olub.
Ramiz İbrahimov, məşqçi: "Böyük yarışlarda nəticə vermək üçün illərlə çalışmaq, əziyyət çəkmək lazımdır. Biz də taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışdıq. Bunun da nəticəsində qalibiyyət qazandıq".

Karateçilər ilin sonuna kimi daha bir məsul yarışda - ölkə çempionatında iştirak edəcəklər. Gələn ilin əvvəlində isə idmançılar Gürcüstanda bu dəfə dünya çempionatında qüvvəsini sınayacaqlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.