İdman

Millimizin baş məşqçisi xorvat olacaq?

31 Oktyabr 2014 14:23
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA nümayəndələri məşqçilərlə tanışlıq xarakterli görüşlər keçirir.
 

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq.
 

Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan - Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir.
 

AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin xorvat mütəxəssis Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.