İdman

"Messini icarəyə götürmək istəyirdim"

31 Oktyabr 2014 11:56
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya millisinin baş məşqçisi Fabio Kapello Lionel Messi ilə bağlı açıqlama verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kapello "Juventus"da çalışdığı dönəmdə argentinalı ulduzu icarəyə götürmək istədiyini bildirib.

"Bəli, bu həqiqətdir. "Juventus"da işləyəndə Raykarda (həmin vaxt "Barcelona"nın baş məşqçisi - red.) Messi barədə müraciət etmişdim. 2005-ci ildə Qamper Kuboku uğrunda oyun zamanı ona yaxınlaşıb: "Heyətdə 3 legioner var, buna görə Messini oynatmırsan. Niyə görə onu bir il mənə icarəyə verməyəsən?" - soruşdum. Raykard isə məsələyə 3-4 aydan sonra aydınlıq gətirəcəklərini bildirdi. Mən öz cinah müdafiəçilərimin bacarığını bilirdim. Amma Messinin oyununu görəndə başa düşdüm ki, o, başqalarının edə bilmədiyini etməyə qadirdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.