İdman

Derbi öncəsi "Mançester Siti"də şok

30 Oktyabr 2014 16:36
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin ispan oyunçusu David Silva həftə sonu baş tutacaq Mançester derbisini buraxa bilər. Dünən " Newcastle Yunayted"ə qarşı keçirilən kubok oyununda Silva erkən əvəzlənib. Belə ki, 9-cu dəqiqədə Rayan Teylorun müdaxiləsindən sonra yerdə qalan yarımmüdafiəçinin yerinə Samir Nasri meydana çıxmışdı.

Milli.Az goal.az-a istinadə xəbər verir ki, ilkin müayinələr Silvanın derbiyə qədər hazır olmayacağını göstərib. "Mançester Siti"nin 0-2 hesabı ilə məğlub olduğu oyundan sonra danışan Manuel Pelleqrini Silvanın dizində problem yarandığını bildirib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.