İdman

İngiltərə Liqa Kubokunda növbəti mərhələnin püşkü atıldı

30 Oktyabr 2014 16:29
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Liqa kubokunda 5-ci raundun püşkü atılıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Arsenal", "Mançester Siti" kimi klubların mübarizəni dayandırdığı turnirdə "Championship"dən də 2 komanda mübarizə aparır. Dünən "Etihad"da çoxlarının gözləmədiyi halda "Mançester Siti"ni məğlub edən "Newcastle Yunayted" bu dəfə gücünü digər Premyer Liqa təmsilçisi - "Tottenham Hotspur"a göstərməyə çalışacaq. Digər 4 cütdə isə "Championship" və Premyer Liqa klublarının duelini izləmək mümkün olacaq.

Derby County - Çelsi

Tottenham Hotspur - Newcastle Yunayted

Bournemouth - Liverpul

Sheffield United - Southampton

5-ci mərhələnin oyunları dekabrın 15-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.