İdman

Vaqif Cavadovun komandası növbəti mərhələdə

30 Oktyabr 2014 11:00
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Kubokunda III turun növbəti oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" öz meydanında "Yeni Aksarayspor"u qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Qaziantep təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, oyunda hər üç futbolçumuz forma geyib. U.Budakla R.Hacıyev start heyətində yer alsa da, ikinci hissədə əvəzləniblər. V.Cavadov isə ikinci hissənin əvvəllərində meydada daxil olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.