İdman

Qeyri-adi futbol oyunu

29 Oktyabr 2014 23:22
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İndoneziya Futbol Federasiyası (İFF) idman mübarizəsi prinsiplərini pozduqlarına görə, "Sleman" və "Slemaranq" klublarını İndoneziya Kuboku uğrunda turnirdən uzaqlaşdırıb.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, bu komandalar arasında dörddəbir final matçında beş avtoqol vurulub ki, həmin qolların da üçünü "Sleman" komandası görüşün son üç dəqiqəsində vurub.

Bütün səylərə baxmayaraq, matç 3:2 hesabı ilə "Sleman"ın xeyrinə başa çatıb.
İFF-nin bəyanatında deyilir: "Əldə olan materiallara görə, nəzarət komitəsi hər iki komandanın məğlubiyyət arzusunda olması qənaətinə gəlib. Videoda aydın şəkildə görünür ki, futbolçular bilərəkdən müqavimət göstərmir, əksinə rəqibə kömək edirlər. Hər iki klub diskvalifikasiya olunub".

KİV-lərin yaydığı məlumata görə, komandalar İndoneziya Kubokunun növbəti mərhələsinə çıxmamaq üçün qəsdən zəif oynayıblar. Qeyd edək ki, həmin mərhələdə qalib komandanın rəqibi yerli mafiya ilə sıx bağlı olan "Borneo" futbol klubudur.

"Borneo" ilə hansı komandanın görüşəcəyi barədə qərar isə daha sonra qəbul ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.