İdman

"Qarabağ"ın daha bir uğuru

25 Oktyabr 2014 14:28
1 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəşad Sadıqov mərkəz müdafiəçisi kimi ən yaxşı seçildi

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları da arxada qaldı.
 

Milli.Az sportal.az-a istinadənxəbər verir ki, avrokuboklarda son turun yekun oyunlarına görə, UA-Futbol saytı Avropa Liqasında həftənin simvolik yığma komandasını müəyyən edib.
  

Simvolik yığmada "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da yer alıb. "Dnepr"lə oyunda futbolçumuzun oyununu yüksək dəyərləndirən həmkarlarımız Sadıqovu mərkəz müdafiçisi kimi ən yaxşı hesab ediblər. "Dnepr"lə qarşılaşmada qolun müəllifi Muarem Muaremi isə oyunun qəhrəmanı sayıblar. Avropa Liqasında həftənin simvolik yığma komandasında aşağıdakı futbolçular yer alıblar
  

Qapıçı: Kreyq Qordan ("Seltik" Şotlandiya)

Müdafiəçilər: Nikola Maksimoviç ("Torino", İtaliya), Fil Yaqelka ("Everton", İngiltərə), Rəşad Sadıqov ("Qarabağ", AZƏRBAYCAN), Juan Jezus ("İnter", İtaliya),
 

Yarımmüdafiəçilər: Kevin Konstant ("Trabzonspor", Türkiyə), Kevin de Brüne ("Volfsburq", Almaniya), Kristian Malinaro ("Torino", İtaliya),

Hücumçular: Andrey Kramariç ("Rieka", Xorvatiya), Demba Ba ("Beşiktaş", Türkiyə), Qiyom Oaro ("Yanq Boyz", İsveçrə)

Baş məşqçi: Kent Nilsen ("Olborq", Danimarka)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.